Aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində rəqqasə Oksana Rəsulova ilə bağlı sirr açıb.
Axin.az xəbər verir ki, prodüser müğənni Xatun Əliyevanın sənətçi ilə bağlı şikayətini canlı efirdə açıqlayıb. Tolik bildirib ki, Oksana ad günündə Xatuna kiçik ölçüdə şalvar gətirib:
"Şalvar "S" ölçü idi. Heç Xatunun bir ayağına girmirdi. Oksana, Xatunu görmürsən, ona olandı o şalvar?".
Xatun isə heç vaxt şalvar geyinmədini söyləyib:
"Oksana açılışa çağırıb, indi nə üzlə gedim ora? Məni şalvarda görmüsünüz? Arıq, ayağı uzun adam şalvar geyinər. Kök şalvar geyinib efirə çıxır, ayıbdı".