Qazaxıstan hökuməti əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt Nur-Sultanda fövqəladə vəziyyət rejimi elan edib.
“Axin.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın daxili işlər nazirinin müavini Yuri İlyin məlumat verib.
Onun sözlərinə görə, paytaxta yaxınlaşan çovğun və güclü küləyə görə məktəb və kolleclərdə dərslər ləğv olunub, şəhərin təhsil şöbəsi uşaqları məktəbəqədər tədris müəssisələrinə aparmamağı və evdə saxlamağı tövsiyə edib.