axin.az

SON DƏQİQƏ

Nikol Paşinyan hökumətini devirməyə cəhd ediblər – AÇIQLAMA

23-01-2020, 23:51

Nikol Paşinyan hökumətini devirməyə cəhd ediblər – AÇIQLAMAErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, 2018-ci ildə ölkədə baş verən siyasi dəyişkliklərdən sonra Ermənistanda bir neçə dəfə dövlət çevrilişi etməyə cəhd göstərilib.

Xəbəri “İnterfax” agentliyi yayıb.

“Dövlət çevrilişinə cəhd edilib. Özlərini müxalifət adlandıranlar və ya keçmiş hökumətin təmsilçiləri hücuma hazırlaşaraq müxtəlif siyasi alətlərdən və insanlardan istifadə etməyə çalışırdılar. Çoxları həvəsə gələrək onların düşüncələrinin ardınca gedərək hansısa addımlar atmağa cəhd edib. Lakin nəticədə onlar heç bir müvəffəqiyyət əldə edə bilmədilər”, - Təhlükəsizlik Şurasının katibi bildirib.

Ancaq Armen Qriqoryan kiminsə adını və onların hansı hərəkətlərdə yol verdiklərini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda başlayan etiraz aksiyalarından sonra hakimiyyət dəyişikliyi baş verib. Etirazlara başçılıq edən Nikol Paşinyan səkkiz may 2018-ci ildə Ermənistanın Baş naziri təyin olunub


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA