axin.az

SON DƏQİQƏ

Fransa İrandan səsləndirilən sözləri inkar etdi

14-01-2020, 18:23

Fransa İrandan səsləndirilən sözləri inkar etdiTehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin “qara qutu”su Fransaya göndərilməyib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Fransada Aviaqəzaların Araşdırılması üzrə Bürodan məlumat verilib.

Bundan əvvəl İran məhkəmə hökumətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili bəyan etmişdi ki, “qara qutular” Fransaya göndərilib.

Bürodan bildirilib ki, qutular Ukraynada araşdırılacaq.

“Ola bilsin o (plan) dəyişib, ancaq istənilən halda qutular Fransaya göndərilmir, bu doğru deyil”, - deyə agentliyin nümayəndəsi bildirib.

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğrayıb. Göyərtədə olan 176 nəfərin hamısı həlak olub. Sonradan məlum oldu ki, təyyarə səhvən İranın RƏM sistemi tərəfindən vurulub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA