Hacı Madər Musayevin deputatlığa namizədliyi qeydə alınıb.
Axin.az-ın məlumatına görə, M.Musayev Pravda.az-a deyib ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsinin dairə seçki komissiyasına namizədliyin qeydə alınması üçün zəruri olan seçici imzalarını təqdim edib.
O bildirib ki, dairə seçki komissiyasından deputatlığa namizədliyin qeydə alınmasını təsdiq edən vəsiqəni də götürüb: “Namizədliyin qeydə alınması üçün 450 seçici imzası yetərlidir. Biz 500 imza təqdim etdik. İmzalar yoxlanılıb və namizədliyim qeydə alınıb”.
Qeyd: M.Musayev 1990-cı ildən deputatdır.