axin.az

SON DƏQİQƏ

Ukrayna Analitik Mərkəzinin rəhbəri: TANAP Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək

1-12-2019, 18:00

Ukrayna Analitik Mərkəzinin rəhbəri: TANAP Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkBu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu baxımdan TANAP layihəsinin gerçəkləşdirilməsi tarixi hadisədir.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimini şərh edən Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko söyləyib.

Mərkəzin rəhbəri qeyd edib ki, TANAP qaz layihəsi alternativlik yaratdığından Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. TANAP-ın işə düşməsi Avropa ölkələrinin Azərbaycan qazını alması üçün əlverişli imkan yaradacaq.

Xatırladaq ki, noyabrın 30-da Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA