axin.az

SON DƏQİQƏ

Fuad Ələsgərovun səlahiyyətləri azaldıldı - GƏLİŞMƏ

30-11-2019, 12:17

Fuad Ələsgərovun səlahiyyətləri azaldıldı - GƏLİŞMƏ

Məlum olduğu kimi, Prezident İlham Əliyev dünən Administrasiyasının strukturunun dəyişdirilməsilə bağlı sərəncam imzaladı. Həmin sərəncamla bir neçə şöbə ləğv edildi və ya başqa şöbələrə birləşdirildi, bəzi şöbə müdirləri isə işdən azad olundu. Struktur dəyişiklikləri zamanı səlahiyyətləri azaldılanlar da oldu.

BakuPost xəbər verir ki, bunlarda biri Fuad Ələsgərovdur. Yeni dəyişikliklərə görə onun rəhbərlik etdiyi Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə şöbə iki yerə parçalandı və Hərbi məsələlər şöbəsi və Hüquq mühafizə orqanları ilə iş şöbəsi yaradıldı.

Fuad Ələsgərov bunda sonra yalnız Hüquq mühafizə orqanları ilə iş şöbəsinə rəhbərlik edəcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Məhərrəm Əliyev gətirildi.

Qeyd edək ki, Fuad Ələsgərov Prezidentin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri təyin edilmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA