ABŞ Prezidenti Donald Tramp koronavirus xəstələrinə plazma bağışlamaq niyyətində olduğunu açıqlayıb.
Bu barədə “Fox News” xəbər yayıb.
Baxmayaraq ki, həkimlər ondan donorluq barədə heç nə soruşmayıblar, dövlət başçısı koronavirus müalicəsindən sonra bunu etməyə hazır olduğunu deyib.
ABŞ lideri müalicə əsnasında özünü güclü hiss etmədiyini, ancaq nəfəsalma ilə bağlı hər hansı bir problem yaşamadığını vurğulayıb.