axin.az

SON DƏQİQƏ

Donald Trampın keçmiş müşaviri barədə cinayət işi başlanılıb

16-09-2020, 16:50

Donald Trampın keçmiş müşaviri barədə cinayət işi başlanılıbABŞ-ın Ədliyyə Departamenti prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton barədə cinayət işi başlayıb.

Axin.az” xəbər verir ki, bunu “The New York Times” yazıb.

C.Bolton bu ilin yayında işıq üzü görmüş “Hadisələrin baş verdiyi otaq” adlı kitabında məxfi məlumatları yaymaqda ittiham olunur.

Artıq kitabın nəşr edildiyi “Simon & Schuster” mətbəəsinin sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 17 ay Ağ evdə işləmiş C.Boltonu məhkəməyə vermişdi. Ağ evin rəsmiləri bildirib ki, müəllif açıqladığı informasiyalarla bağlı hökumətdən icazə almayıb.

C.Bolton 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrınadək prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri işləyib. Lakin o, məxfi məlumatları yaymaq barədə ittihamları rədd edir. C.Bolton hesab edir ki, kitabında hazırkı prezidenti tənqid edib və həmin faktlar məxfi deyil.

“Con Bolton şəxsiyyət deyil, o, həbsxanada yatmalıdır. Mənfəət əldə etmək üçün çox gizli məlumatları açıqladı”, - D.Tramp öz bloqunda yazmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA