Az əvvəl məlumat verdik ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun görəvdən alınması an məsələsidir və konkret tarix də açıqlanıb. Yəni deyilir ki, 14 sentyabrdan sonra FHN şefi postunda dəyişiklik gözlənilir.
Axin.az-a danışan məlumatlı mənbə iddia edir ki, eyni zamanda daha iki nazir var ki onların da mövqeləri kifayət qədər kövrəkdir.
Mənbənin Axin.az-a söylədikləri:
"Konkret olaraq Azad Rəhimov və Samir Şərifovun postlarında uzun müddətə qalacaqları gözlənilən deyil. Yaxın vaxtlarda onlarla bağlı da qərar veriləcək".