axin.az

SON DƏQİQƏ

Abşeronda Akif Əliyevin yolunu Rauf Qarayev gedir?

4-09-2020, 09:57

Abşeronda Akif Əliyevin yolunu Rauf Qarayev gedir?Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində sözün əsl mənasında anarxiya hökm sürür.

Bu barədə dosye.org-u məlumatlandıran mənbə vurğulayır ki, idarənin rəhbəri Rauf Qarayev yeni təyin olunmağına baxmayaraq vətəndaşlarla normal və eyni zamanda məmura xas olan formada davranmır. Əslində, Rauf Qarayev kimi xırda məmurlar öz əməllərinin qurbanına çevrilməklə, qısa zaman kəsiyində qanun qarşısında mühakimə olunduğunun şahidi olmuşuq.

Elə götürək, bu günlərdə həbs olunan Abşeron rayon Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyervi. Bu şəxs barəsində dövlət başçısına və digər qurumlara kifayət qədər şikayətlər daxil olurdu. Bir mənalı şəkildə bildiririk ki, bu cür məmurların məqsədi dövlətə xidmət etmək deyil, məqsədləri narazı kütlə yetişdirib dövlətdən və dövlətin başçısından narazı salmaqdır. Necə deyərlər, “Biri itdi, biri bitdi” deyimi sözün həqiqi mənasında xatırlatmamaq olmur.

Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayev yeni təyin olunmağına baxmayaraq Abşeron rayonunda böyük narazılıqlar yaradır. Dosye.org-a müraciət edən vətəndaş bildirir ki, reystir xidmətinə qanuni sənədlərin təqdim etməsinə baxmayaraq, sənədlər geri qaytarılır. Məqsəd idarə rəisi ilə hesablaşmaq və bundan sonra həlli istiqamətdə işlər aparılsın.

Dosye.org olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində heç bir səbəb olmadan vətəndaşlar incidilir. Çox istərdik ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov məsələni bir başa nəzarətə götürsün. Əks təqdirdə, problemli vətəndaşlardan ibarət narazı kütlənin peyda olacağının şahidi olacayıq. Bu da əlbərtdə ki, qara quvvələrin məqsədli şəkildə planlaşdırılmış senarıdır. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

DOSYE.ORG


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA