axin.az

SON DƏQİQƏ

Səfər Mehdiyevə İLK ZƏRBƏ GƏLİR... - Avtonəqliyyat Baş Gömrük İdarəsi DYP-yə veriləcək

24-08-2020, 13:21

Səfər Mehdiyevə İLK ZƏRBƏ GƏLİR... - Avtonəqliyyat Baş Gömrük İdarəsi DYP-yə veriləcəkDövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə gətirldiyi ilk gündən bəri bütün ölkəni əhatə edən total islahat kampaniyası üçün yalnız və yalnız əyləc rolunu oynamış kimi görünən DGK sədri Səfər Mehdiyevə sürprizlər hazırlanır. Bu barədə Axin.az-a hökumtədəki mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə DGK sədri əsas gəlir ünvanlarından birini itirəcək, DGK-nın səlahiyyətləri azaldılacaq.

Mənbənin Axin.az-a söylədikləri: "Səfər Mehdiyev, eynilə Ziya Məmmədovla bağlı hərəkət planında olduğu kimi mövqelərini tədricən itirəcək. İlk əvvəl DGK-nın səalhiyyət arealı məhdudlaşdırılacaq. Prosesə artıq start verilib və yaxın günlərdə DGK sədri ilk itki ilə üz-üzə qalacaq".

Mənbə iddia edir ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin DGK-dan alınaraq Dövlət Yol Polisinə həvalə edilməsi gözlənilir: "DYP ilə yanaşı Avtonəqliyyat Baş Gömrük İdarəsinin bəzi səlahiyyətli ASAN Xidmətə həvalə ediləcək. Əslində bu addımın mahiyyətində illərdən bəri ölkəyə avotomobil gətirən vətəndaşların da əsas qayğıları - gömrükdə yaradılan süni əngəllər aradan qalxmış olacaq".

Mənbə əlavə edir ki, Səfər Mehdiyev təkcə Avtonəqliyyat Baş Gömrük İdarəsini itirməyəcək: "Əlavə addımların da atılacağı planlaşdırılır".

Bizi izləməkdə davam edin. Yeni bilgilərimiz olacaq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA