axin.az

SON DƏQİQƏ

Gürcüstan DTX: Marneuli haqqında süjetin mətni qəsdən təhrif olunub

2-07-2020, 17:06

Gürcüstan DTX: Marneuli haqqında süjetin mətni qəsdən təhrif olunubGürcüstanın “Mtavari arxi” televiziya kanalının iyunun 20-də Marneuli haqqında yayımladığı süjetlə bağlı istintaq tədbirləri davam etdirilir.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, süjetdəki respondentlərin Azərbaycan dilində dedikləri sözlər tərcümədə qəsdən təhrif olunmuş formada təqdim edilib.

İstintaqla məlum olub ki, Gürcüstanda bəzi qüvvələr müxtəlif KİV-lər vasitəsilə yalan informasiyaları kütləvi şəkildə yaymaqla məqsədli şəkildə vətəndaşlar arasında inamsızlıq, təşviş və xaos yaratmağa cəhd edirlər.

Qeyd edək ki, iyunun 25-də telesüjet barədə Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaqa başlanılıb. Süjetdə Marneulidə vəfat edən şəxslərin ölüm səbəbinin koronavirus kimi göstərilməsi üçün tibbi heyət və yerli hakimiyyət orqanlarının nümayəndələrinin onların ailə üzvlərinə 3 000 laridən 10 000 lariyədək pul təklif etdikləri iddia olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA