axin.az

SON DƏQİQƏ

Tramp koronavirus vaksininin tezliklə yaradılacağına söz verdi

2-07-2020, 11:07

Tramp koronavirus vaksininin tezliklə yaradılacağına söz verdiABŞ prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.

“Axin.az” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalının efirində deyib.

ABŞ rəhbəri bildirib ki, xəstəliyin vaksini artıq tezliklə meydana çıxacaq.

"Mən inanıram ki, o, (koronavirus-red) hansısa bir anda gedəcək və mən inanıram ki, çox tezliklə bizdə vaksin olacaq”, - Donald Tramp bildirib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına (2 758 395) görə birinci yerdədir. Son sutkada Birləşmiş Ştatlarda koronavirusa daha 30 542 yoluxma qeydə alınıb, 324 nəfər ölüb. Bununla da ABŞ-da koronavirus qurbanlarının sayı 130 446 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA