axin.az

SON DƏQİQƏ

Missisipi ştatı irqçilik səbəbindən bayraqsız qaldı

1-07-2020, 12:09

Missisipi ştatı irqçilik səbəbindən bayraqsız qaldı
ABŞ-ın Missisipi ştatının qubernatoru Teyt Rivz bayrağın dəyişdirilməsi barədə qanun imzalayıb.

Bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Buna səbəb 1894-cü ildən bayraqda konfederativ rəmzlərin təsvir edilməsidir.

“Abidələrlə bayraqlar arasında fərq var. Abidələr bizə keçmişimizi tanıtdırır. Bayraq isə bu günümüzün və gələcəyimizin simvoludur. Məhz bu səbəbə görə bizim yeni simvola ehtiyacımız var”, - deyə T.Rivz bildirib.

Missisipi ştatının yeni bayrağında hansı təsvirlərin olacağı hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ-da qaradərili vətəndaş Corc Floydun polislər tərəfindən öldürülməsi kütləvi iğtişaşlara səbəb olub. Həmçinin, keçmişdə qaradərili vətəndaşları istismar edən, onları qul əməyinə cəlb edən bir çox tanınmış siyasi və ictimai xadimlərin abidələri dağıdılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA