Vyetnamda içəridən və çöldən 24 karatlıq qızılla örtülmüş beşulduzlu hotel açılıb...
PİA.az Trend-ə istinadən bildirir ki, 25 mərtəbəli "Dolce Hanoi Golden Lake" paytaxt Hanoyun mərkəzində yerləşir. Hotelin sahəsi 5 min kvadratmetrə yaxındır.
342 nömrədən ibarət hoteldə mebellər də qızılla işlənib. Qeyd olunur ki, mehmanxanada bir gün qalmaq 250 dollara bərabər olacaq.
Hotelin tikintisi 10 il davam edib.