axin.az

SON DƏQİQƏ

Tramp: "Qarışıqlıqlar etiraz nümayişləri deyil, terror aktlarıdır"

2-06-2020, 12:07

Tramp: "Qarışıqlıqlar etiraz nümayişləri deyil, terror aktlarıdır"ABŞ prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hokümətin bütün resurslarının səfərbərliyini elan edib.

Bu barədə "axin.az" TASS-a istinadən xəbər verir.

"Linkolnun və İkinci Dünya müharibəsinin abidəsi vandalların hücumuna məruz qaldı. Bunlar dinc etiraz aksiyaları deyil, bunlar daxili terror aktlarıdır”, - Tramp deyib.

“Günahsız insanların qətli insanlığa və Allaha qarşı cinayətdir", - dövlət başçısı əlavə edib.

"Bütün Amerika ağrını hiss edir və Corc Floydun amansız ölümü ilə əlaqədar qəzəblənib. Administrasiya tamamilə ədalətin qalib gəlməsinə sadiqdir”, - prezident qeyd edib. “Amma biz icazə verməyəcəyik ki, sülh etirazlarıni qəzəbli kütlə kəssin”, - ABŞ prezidenti bildirib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA