Tailandın Kralı Maha Vaciralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"axin.az" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram".