ABŞ Prezidenti Donald Tramp hesab edir ki, rusiyalı həmkarı Vladimir Putin ona yaxşı münasibət göstərir, amma prezident seçkilərində qalib gəlməsini istəmir.
Bu barədə "Axin.az" TASS-a istinadən xəbər verir.
“Rusiyanın başına gələn ən pis şey mənəm və Putin bunu başa düşür. Putinlə münasibətim yaxşıdır, amma bəlkə də seçkilərdə qalib gəlməyimi istəmir. Ancaq düşünürəm ki, (Putin-red) mənə yaxşı münasibət göstərir”, - Tramp jurnalistlərə deyib.
“Cin həmçinin yenidən prezident seçilməyimi istəmir”, - ABŞ lideri əlavə edib.