axin.az

SON DƏQİQƏ

Trampdan Rusiyaya tibbi aparatların göndərilməsinin izahı tələb olunur

23-05-2020, 12:50

Trampdan Rusiyaya tibbi aparatların göndərilməsinin izahı tələb olunurABŞ Nümayəndələr Palatasında təmsil olunan Demokratlar Partiyasının üzvləri ölkənin Prezidenti Donald Trampdan süni nəfəs aparatlarının Rusiyaya göndərilməsini izah etməyi tələb ediblər.

"Axin.az" "The Hill" nəşrinə istinadən xəbər verir ki, komitə sədrləri ABŞ-da koronavirusla bağlı vəziyyətin gərgin olduğu halda Rusiyaya süni nəfəs aparatlarının göndərilməsini ilə bağlı narahatlıq hissini ifadə ediblər. Onların fikrincə, ölkə başçısı vergiödəyicilərin pulunu siyasi dividendlər əldə etmək üçün istifadə edib.

Konqresmenlər qeyd ediblər ki, həqiqətən yardıma ehtiyacı olan ölkələrə tibbi təyinatlı malların göndərilməsinin əleyhinə deyillər, amma həmin “olduqca vacib, xilasedici aparatlar təcili olaraq ABŞ-ın özünə lazımdır”.

ABŞ liderindən iyunun 4-nə kimi başqa ölkələrə tibbi avadanlığın göndərilməsi ilə bağlı məlumatı Konqresə təqdim etmək, həmçinin maliyyələşdirmə mənbəyini açıqlamaq tələb olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA