axin.az

SON DƏQİQƏ

Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA

22-05-2020, 10:28

Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİAMədəniyyət naziri Əbülfəs Qarayev bu gün tutduğu vəzifədən azad edildi.

Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyatdan sonra nazirin istefaya göndəriləcəyi gözlənilən idi. Əməliyyatın nəticəsi olaraq Əbülfəs Qarayevin müavini Rafiq Bayramovun və nazirliyin digər yüksək vəzifəli şəxslərin həbsi nazirin istefasını gündəmə gətrimişdi. Hətta ictimai müzakirələrdə onun da məsuliyyətə cəlb olunması təklif edilirdi.

Əbülfəs Qarayev uzun müddət yüksək vəzifə daşıyan məmurlardan biri idi. O 1994-cü ildən nazir postunda əyləşirdi. Bu gün onun 26 illik karyerasına son qoyuldu.

Əbülfəs Qarayevin işdən çıxarılması həm də diqqəti Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə yönəldib. Mədəniyyət Nazirliyi ilə DSX arasında fəaliyyət sahələri fərqli olsa da, Əbülfəs Qarayevlə Elçin Quliyev təxminən oxşar vəziyyətlə üzləşiblər. Yəni, DSX-da da xüsusi əməliyyat keçirilib və Elçin Quliyevin müavini general-leytenant Əfqan Nağıyev həbs edilib. İctmaiyyət eyni yanaşmanı bu məsələdə də sərgiləyərək Elçin Quliyevin ən azı istefaya göndərilməli olduğuu bildirir. Bu baxımdan, ehtimal olunur ki, Əbülfəs Qarayevdən sonra Elçin Quliyev də istefaya göndərilə bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA