axin.az

SON DƏQİQƏ

Donbasda Ukraynanın polkovniki öldürüldü

21-05-2020, 17:44

Donbasda Ukraynanın polkovniki öldürüldüUkraynanın Donbas bölgəsinin Luqansk vilayətində döyüş tapşırığını yerinə yetirərkən polis patrul xidmətinin xüsusi təyinatlı “Luqansk-1” taborunun komandiri, polkovnik Sergey Qubanov həlak olub.

“Axin.az” xəbər verir ki, bunu Luqansk Vilayət Polisi açıqlayıb.

Məlumata görə, S.Qubanovla birgə hərəkət edən 3 silahdaşı qəlpə yarası alıblar.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Qeyd edək ki, daha öncə separatçı “Luqansk Xalq Respublikası”nın başçısı Leonid Paseçnik Ukraynanı yeni hücumla təhdid etmişdi.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA