axin.az

SON DƏQİQƏ

Tramp və Makron G7 sammitini müzakirə etdilər

20-05-2020, 22:28

Tramp və Makron G7 sammitini müzakirə etdilərABŞ prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronla telefonla yaxın vaxtlarda "Yeddilər" sammitinin (Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, AFR və Yaponiya) çağırışını müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dirin bəyanatında deyilir.

"Prezidentlər dünyadakı başqa iqtisadiyyatlar kimi ABŞ və Fransanın açılışındakı (pandemiyaya görə tətbiq edilmiş sanitar məhdudiyyətlərin aradan götürülməsi-red) irəliləyişi müzakirə etdilər. ABŞ prezidenti tezliklə G7 sammitini çağırmaq arzusunu ifadə etdi", - mətndə qeyd edilir.

Tramp daha əvvəl bildirib ki, Kemp-Deviddə əyani formatda G7 sammitini keçirmək imkanını araşdırır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA