axin.az

SON DƏQİQƏ

Puerto Riko yenidən referendum keçirir

17-05-2020, 16:00

Puerto Riko yenidən referendum keçirirABŞ-ın tabeliyində olan Puerto Riko ölkəsi noyabrın 3-də adanın statusu ilə bağlı referendum keçirəcək.

“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq qanunu ştatın qubernatoru Vanda Vaskes imzalayıb.

Vətəndaşlara bir sual veriləcək - “Puerto Riko dərhal ABŞ-ın tərkibinə daxil olmalıdırmı?”.

Qeyd edək ki, ada hökuməti Puerto-Rikonun statusuna dair iki dəfə referendum keçirib. Hər iki halda seçicilərin əksəriyyəti bu adanın 51-ci ştat olması təklifinin lehinə səs verib. Lakin adanın statusunun dəyişdirilməsi Konqres tərəfindən bəyənilməlidir.

Puerto-Riko 1898-ci ildə İspaniya-Amerika müharibəsindən sonra ABŞ-ın tabeliyinə keçib və 1917-ci ildə Vaşinqton bu adanın sakinlərinə Amerika vətəndaşlığı verib. Lakin Puerto-rikoluların ABŞ Senatında və Konqresdə səsvermə hüququ və digər siyasi hüquqları yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA