ABŞ-ın Nevada ştatında 6,4 bal gücündə zəlzələ olub.
“Axin.az” TASS-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.
Bildirilib ki, yeraltı təkanların mərkəzi Karson-Siti şəhərindən 197 km cənub-şərqdə yerləşib. Şəhərin 55 min nəfər əhalisi var.
Zəlzələnin ocağı 7,6 km dərinlikdə yerləşib.