Ermənistan Ali Attestasiya Komissiyasının sədri Smbat Qoqyan istefa ərizəsi yazıb.
“Axin.az” xəbər verir ki, o, bu barədə “Aysor”a məlumat verib.
S.Qoqyan işdən çıxmasının səbəbi barədə danışmaq istəmədiyini saytın müxbirinə bildirib: “Bu barədə gələcəkdə danışacağam. İstefa ərizəsini indicə yazmışam. Heç üstündən bir saat keçməyib”.
Qeyd edək ki, S.Qoqyan 2018-ci il iyunun 12-də Ali Attestasiya Komissiyasının sədri təyin olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş nazirinin müavininin ofisinin rəhbəri Varaq Siseryanın da istefa verəcəyi barədə xəbər yayılıb.