Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə - iyunun 13-dək uzadılıb.
“Axin.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin mayın 14-də keçirilən iclasında qəbul edilib.
Fövqəladə vəziyyət rejimi yeni növ koronavirusa yoluxma hallarının sayının kifayət qədər çox yüksək səviyyədə qalması səbəbindən uzadılıb.
Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda təsdiqlənmiş yoluxma hallarının sayı 3 860-a çatıb, 49 nəfər virusun qurbanı olub.