axin.az

SON DƏQİQƏ

Rusiyalı ekspert: “Torpaqlarının işğal edilməsinə baxmayaraq, Azərbaycan güclü dövlətə çevrilib”

12-05-2020, 22:00

Rusiyalı ekspert: “Torpaqlarının işğal edilməsinə baxmayaraq, Azərbaycan güclü dövlətə çevrilib”“Dağlıq Qarabağ probleminin davam etməsinin səbəbi Ermənistan rəhbərliyinin münaqişənin həlli ilə bağlı bütün məsələləri praktiki baxımdan həll etmək istəməməsidir. Azərbaycan ərazilərinin – təkcə Dağlıq Qarabağın yox, ətraf yeddi rayonun da işğalı davam edir. Vasitəçilərin səylərinə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olmasına baxmayaraq, rəsmi Yerevan vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün heç bir iş görməyib”.

Bu sözləri “Axin.az”in Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 26-cı ildönümünü şərh edərkən deyib.

“Ən müasir tarixdə görünməmiş vəziyyətlə üz-üzəyik. Suveren dövlətin ərazilərinin 20%-i başqa bir dövlət tərəfindən işğal edilib və vəziyyət müsbətə doğru dəyişmir”, - İ.Korotçenko qeyd edib.

Heydər Əliyevin hakimiyyətə gəlişindən danışarkən hərbi ekspert qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri ölkəni çox dərin böhrandan çıxarıb: “Heydər Əliyev ölkəni çox çətin vəziyyətdə qəbul etdi. O dövrdə əsas şey döyüş əməliyyatlarına son qoymaq, nəfəs dərmək və gücünü toplamaq və dövləti bərpa etməyə başlamaq idi. Heydər Əliyevin qəbul etdiyi qərar o zaman üçün yeganə doğru qərar idi və bu gün, 26 ildən sonra Azərbaycanın ərazilərinin 20%-nin Ermənistan tərəfdən işğal altında olmasına baxmayaraq, güclü, çiçəklənən, qüdrətli dövlət olduğunu, silahlı qüvvələri bərpa etdiyini, iqtisadiyyatı bərpa etdiyini, onu şaxələndirdiyini, beynəlxalq strateji və enerji sabitliyinin ən vacib elementinə çevrildiyini görürük. Bu 26 il Azərbaycan üçün uğurlu olub”.

“Bu gün vəziyyət dəyişir. O mənada dəyişir ki, dünyada getdikcə daha çox insan mövcud reallıqları anlamağa başlayır. Azərbaycan BMT Təhlükəsizlik Şurasını dəstəkləyir. Azərbaycanın suverenliyinin tam bərpası tələbi ən mötəbər beynəlxalq məkanlarda səslənir. Üstəlik, Azərbaycan iqtisadiyyatı, silahlı qüvvələri gücləndirir. Bütün bu amillər bu və ya digər şəkildə Ermənistan rəhbərliyinin əvvəlki destruktiv yanaşmasını yenidən nəzərdən keçirmək məcburiyyətində qalmasına təsir edir”, - İ.Korotçenko hesab edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA