axin.az

SON DƏQİQƏ

Tramp koronavirusla bağlı suala əsəbiləşərək, kürsünü tərk etdi

12-05-2020, 15:34

Tramp koronavirusla bağlı suala əsəbiləşərək, kürsünü tərk etdiABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı jurnalistlərdən birinin verdiyi suala əsəbiləşərək, kürsünü tərk edib.

Bu barədə Star.com məlumat yayıb.

Jurnalist Trampa “ABŞ-ın bütün dünyada ən çox test aparan ölkə olduğunu söyləyir və bununla da öyünürsünüz. Bəs ölkədə hər gün insanların öldüyü və bir çox yeni yoluxmaların qeydə alındığı halda bunun bir əhəmiyyəti varmı?” sualını ünvanlayıb.

“Dünyanın hər yerində insan itkisi olur. Bəlkə də, bu sualı mənə yox, Çinə ünvanlamalısınız. Sizə qeyri-adi cavab verə bilərlər”, - deyə D.Tramp bildirib.

Jurnalistin cavabdan qane olmayaraq, yenidən danışmağa başlamasından sonra Tramp digər jurnalistlərin də suallarını cavabsız qoyaraq, konfransı tərk edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA