axin.az

SON DƏQİQƏ

Qurultay ərəfəsində “AzerRos”da nələr yaşanır… – Növbəti saxtakarlığa hazırlığın getdiyi deyilir

11-05-2020, 15:44

Qurultay ərəfəsində “AzerRos”da nələr yaşanır… – Növbəti saxtakarlığa hazırlığın getdiyi deyilirRusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin (AzerRos) qurultayı yaxınlaşdıqca həm təşkilat daxili , həm də ayrı-ayrı diaspora təşkilatları arasındakı ziddiyətlər dərinənləşir.

Uzun illər “AzerRos” -da Regionlara Əlaqələr şöbəsinə rəhbərlik etmiş Qabil Ağayev Azinforum.az-a açıqlamasında bildirib ki, diasporun bu günkü acınacaqlı durumu bir çox təşkilat rəhbərlərinin xüsusi xidmət orqanlarının “oyuncaqı”na cevrilməsinin nəticəsidir:

“Məsələ burasındadır ki, həqiqətən diaspora işi ilə məşğul olmaq istəyənlərə imkan vermirlər.Ya qeydiyyat məsələsini yubadirlar,ya tədbirlərin keçirilməsinə mane olurlar.Ya mətbuatla əlaqələlərini əngəlləyirlər…Bu da son nəticədə həmin adamların çəkilib qıraqda durması ilə nəticələnir! Hazırda üzdə olan təşkilat sədrlərinin bəziləri isə xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Onlarin da məqsədi Rusiyada güclü Azərbaycan diasporasının yaranmasına imkan verməməkdir!”

Son illərdə “AzerRos” kimi nəhəng və aktiv federal təşkilatın da məhz bu səbəbdən iflic edilərək, parcalandıqını deyən Ağayev bütün bunlara görə Mədəni Muxtatiyyətin İstra bölməsinin rəhbəri Tahir Hacıyevi ittiham edir: “Tahir Hacıyev neçə illərdir ki, təşkilat daxilində təskilat yaradıb və hər vasitə ilə təşkilatın fəaliyyətinə mane olub! Bu işdə ona ən yaxın dostu Ağadadaş Kərimov da kömək edir! Hər ikisi bir məqsədə xidmət edir “AzerRos”un guclənməsinə imkan verməmək! Üstəlik də təşkilatın imkanlarından öz biznesini genişləndirmək üçün istifadə etmək!”

Qalıb Ağayev İstra regional mərkəzinin sədrini həm də sənədləri saxtalaşdırmaqda ittiham edir: “Hacıyev müxtəlif bəhanələrlə yerli sobələrin möhürlərini əllərindən alaraq öz seyfində saxlayır. Halbuki əsasnaməyə görə bu qəti qadağandır!”

Tahir Hacıyevin həmin möhürlər vasitəsilə saxta protokollar hazırladığını söyləyən Ağayev artıq bu məslələri araşdırmaq üçün məhkəməyə müraciət etdiyini deyir: “İş o yerə çatıb ki, saxta protokollar tərtib edərək heç kimin tanımadığı Şamil Tağıyevin namizədliyini “AzərRos”un sədrliyinə irəli sürüb, qeydiyyatdan da keçiriblər!”

Qeyd edək ki, namizədlərin siyahısı ilə bağlı maraqlı məqamlar Ağayevin söylədikləri ilə bitmir. Məsələ burasındadır ki, siyahı hələ də rəsmən təsdiq olunmayıb. Halbuki namizədlər çoxdan təbliğat -təsviqat kompaniyasına baslayiblar! Təşkilatın əsasnaməsi isə buna icazə vermir! “AzerRos”un prezidentliyə digər namizədlərdən biri – Vidadi Abbasov da siyahının rəsmən təsdiqlənmədiyini etiraf edir. Abbasovun fikrincə, siyahının indiyə kimi rəsmən təsdiqlənməsi,hələ də təşkilat rəhbərliyinin kənardan idarə olunduğunu göstərir: “Sədrlər siyahısını ona görə təsdiq etmirlər ki, istənilən zamanda , hətta qurultaya bir gün qalmış belə tərkibi dəyişmək imkanları olsun və yenə kimlərinsə məsləhət bildiyi yeni namizədi ortalığa çıxarsınlar”.

Hazırda sədrliyə namizədlər arasında bütün tərəfləri qane edə biləcək birinin olmadığını deyən Abbasov qurultaydan sonra, yeni parcalanmaların baş verə biləcəyini də istisna etmir:”Hamını razı salacaq namizəd yoxdur! Ona görə də, qurultaydan sonra qarsıdurmalar daha da güclənəcək!”

Namizəd Vidadi Abbasov şəxsən özünün hansı qruplarla iş birliyində olduqunu deməsə də , seçkilərdəki şansını yüksək dəyərləndirir: “Mən qələbəyə ən real namizədəm. Çünki məqsədim bu parcalanmalara son qoyub, Azərrosun fəaliyyətinıi təyinatı üzrə yönəltməkdir. Düşünürəm ki, mənim bu saf niyyətim seçkilər zamanı layiqincə dəyərləndiriləcəkdir!”

Bununla belə Abbasov məlum fikirlərinin mətbuata cıxarılmasını istəmir: “Aqzını açan kimi, qarayaxmalar, hücumlar başlanır!”

Adının mətbuata acıqlanmasından ehtiyat edən digər bir diaspora sədri isə baş verənlərə görə Azərbaycanın Rusiyadakı səfirliyini ittiham edir: “Səfirliyin diaspora təşkilatları ilə bağlı tutduğu mövqe anlaşılan deyil! Elə təşkilatlar var ki, səfirlik onlara “atalıq” edir. Digərləri ilə isə nəinki əlaqələri yoxdur, ümumiyyətlə onları yaxına buraxmırlar! Hətta dəvət olunduqları ölkə miqyaslı tədbirlərə belə qatılmırlar. Diaspora təşkilatları arasında qarşıdurmalara təkan verən amillərdən biri də məhz budur!”

Göründüyü kimi, Rusiyadakı Azərbaycan diasporu özünün ən ağır böhran dövrünü yaşayır.
Azinforum.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA