axin.az

SON DƏQİQƏ

"Karantin rejimi olduğundan, Oqtаy Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir" - AÇIQLAMA

11-05-2020, 13:56

"Karantin rejimi olduğundan, Oqtаy Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir" - AÇIQLAMA“Deputat Oqtаy Əsədov Milli Məclisin plenar iclaslarında üzrlü səbəbdən iştirak etmir”.

Bunu “Axin.az”a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədri xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarı var:

“Karantin rejimi olduğundan, Oqtаy Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir. Ona görə də hazırda Oqtаy Əsədovun iclaslarda iştirak etməməsi üzrlü səbəblərdəndir”.

Eldar İbrahimov həmçinin əlavə edib ki, 65 yaşlı O.Əsədovun səhhətində heç bir problem yoxdur.

Xatırladaq ki, O.Əsədov 2005-2019-cu illərdə Milli Məclisin sədri olub. O, VI çağırış Milli Məclisə seçkilərdə də deputat seçilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA