axin.az

SON DƏQİQƏ

İndoneziya mətbuatında Heydər Əliyevlə bağlı məqalələr dərc olunub

9-05-2020, 21:17

İndoneziya mətbuatında Heydər Əliyevlə bağlı məqalələr dərc olunubÜmummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə İndoneziyanın tanınmış xəbər portallarında ulu öndərin xatirəsinə həsr edilən məqalələr yayımlanıb.

"Axin.az"in xəbərinə görə, ulu öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə 6 may 2020-ci il tarixində “Antara" Dövlət İnformasiya Agentliyində “Kedubes Azerbaijan berbagi kepada yatim, peringati HUT bapak bangsa” (Azərbaycan səfirliyi ümummilli liderinin doğum gününü qeyd edərək, kimsəsizlərlə bölüşür”) başlıqlı məqalə dərc olunub.

Məqalədə Heydər Əliyevin Sovet İttifaqı dağıldıqdan sonra ölkənin müstəqilliyində böyük rol oynayan ümummilli lider olduğu, vəfatından sonra da Azərbaycan xalqının liderinin doğum gününü qeyd etdiyi bildirilib. Məqalədə, həmçinin, Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin 24 sentyabr 1992-ci il tarixində qurulduğu və Heydər Əliyevin dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə möhkəm əlaqələrin qurulmasında tərəfdar olduğuna diqqət çəkilib.

1993-2003-cü illər ərzində müasir Azərbaycana liderlik edən Heydər Əliyevin siyasətinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq arenada nüfuzunun ilbəil artdığı vurğulanıb.

Bundan başqa, Heydər Əliyevin doğum günü münasibətilə, o cümlədən 7 may tarixində “Antara" Dövlət İnformasiya Agentliyinin internet portalının ingilis dilində yayımlanan səhifəsində “Azerbaijani Embassy celebrates 97 th birth anniversary of Heydar Aliyev” (“Azərbaycan səfirliyi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünü qeyd edir”) başlıqlı məqalə yayımlanıb.

Məqalədə 6 may tarixində səfirlikdə Heydər Əliyevin xatirəsinin yad edildiyinə diqqət çəkilərək, Azərbaycan Respublikasının İndoneziyadakı səfiri Cəlal Mirzəyevin ulu öndərlə bağlı səsləndirdiyi fikirlərə istinad edilib. C.Mirzəyevin ümummilli liderin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri olduğu müddətdə gördüyü quruculuq işləri barədə ətraflı məlumat verdiyi, Heydər Əliyevin 70-ci illərdə hər iki min nəfərə qədər gənci müxtəlif ali təhsil ixtisaslarına yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərməsi, müxtəlif maneələrə baxmayaraq həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olması, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət kimi təsbit olunması və s.. bu kimi nəcib və Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış yorulmaz fəaliyyəti barədə danışdığına istinad olunub.

Səfirin ulu öndərin əsasını qoyduğu fəaliyyətinin bu gün davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, Prezidentin uğurlu daxili və xarici siyasətinin xalqın mənafeyinə tam olaraq cavab verdiyini, məhz bu səbəbdən xalqımız tərəfindən İlham Əliyevin siyasətinin yüksək dəyərləndirildiyini və Azərbaycan xalqının Prezidentin ətrafında sıx birləşdiyini söylədiyi qeyd olunub.

Məqalədə, eyni zamanda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə bağlı səfirlik tərəfindən Cakartada yerləşən “Putra Setia” uşaq evində müsəlmanların müqəddəs ayı olan Ramazanda açılan iftar süfrəsində ulu öndərin ruhuna dualar oxunduğuna, xatirəsinin yad edildiyinə dair məlumat verilib.

“Kompasiana” internet portalında jurnalist Veeramalla Anjaiah tərəfindən 7 may 2020-ci il tarixində yayımlanan “Warga Azerbaijan Merayakan Ulang Tahun Heydar Aliyev yang ke-97 di İndonesia” (“Azərbaycanlılar İndoneziyada Heydər Əliyevin anadan olmasının 97-cü ildönümü qeyd edirlər”) başlıqlı məqalədə ümummilli liderin müasir Azərbaycan dövlətinin memarı və qurucusu olduğu, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü davamlı quruculuq işləri, dövlət müstəqilliyinin qorunub saxlanılması, hakimiyyətə gəlməsindən öncə ölkədə mövcud olan siyasi böhranın aradan qaldırılması istiqamətindəki əvəzsiz xidmətləri, ölkə iqtisadiyyatının sürətli inkişafı və neft gəlirlərinin insan kapitalına yönəldilməsi sahəsindəki ardıcıl nailiyyətləri, Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafında həyata keçirdiyi uğurlu islahatlar haqqında ətraflı məlumat qeyd edilib.

Müəllif, habelə, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın inkişaf edən, ictimai-siyasi sabitliyi olan dövlətə çevrildiyini, ölkənin xarici siyasətinin milli maraqlarımıza uyğun şəkildə qurulduğunu, uğurlu neft siyasətinin həyata keçirildiyini vurğulanıb. Azərbaycanla İndoneziya arasında 28 illik diplomatik əlaqələrin bünövrəsinin də məhz Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkilib.

O cümlədən, “Rakyat Merdaka”, “Media İndonesia”, “İnilahkoran” kimi nüfuzlu internet portallarında da ümummilli liderin doğum gününün qeyd edilməsi ilə bağlı məqalələr yayımlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA