axin.az

SON DƏQİQƏ

Nazirlik karxana sahibini 3 000 manat cərimələyib

9-05-2020, 13:51

Nazirlik karxana sahibini 3 000 manat cərimələyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun 2-ci Nügədi kəndi yaxınlığında, Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilib.

ETSN-dən "Axin.az"a verilən məlumata görə, araşdırma zamanı sözügedən qum-çınqıl karxanasının Bakı şəhər sakini Zərbadam Məmmədovaya məxsus olduğu müəyyən olunub.

Faktla bağlı karxana sahibi Z.Məmmədova barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3 000 manat məbləğində cərimə edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA