axin.az

SON DƏQİQƏ

Vilyam Hacıyevin oğlu işdən çıxarıldı - RƏSMİ

7-05-2020, 16:39

Vilyam Hacıyevin oğlu işdən çıxarıldı - RƏSMİİmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.

“Axin.az” xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məhəmməd Hacıyev Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib.

Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA