axin.az

SON DƏQİQƏ

ABŞ-ın koronavirusun mənşəyi ilə bağlı iddialarına ÜST-dən cavab gəldi

5-05-2020, 12:54

ABŞ-ın koronavirusun mənşəyi ilə bağlı iddialarına ÜST-dən cavab gəldiÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində Fövqəladə Hallar üzrə Proqramının direktoru Maykl Rayan ABŞ-ın COVID-19-un laboratoriya mənşəli olması barədə iddialarına münasibət bildirib.

Bu barədə TASS məlumat yayıb.

M.Rayan bildirib ki, ÜST virusun laboratoriya mənşəli olması barədə informasiyaya malik deyil.

“Əgər ABŞ-da bu cür məlumat varsa, həmin informasiyanı nə vaxt və necə bölüşəcəklərinə özləri qərar verməlidir”, - deyə M.Rayan bildirib.

M.Rayan ÜST-ün hazırda topladığı məlumatlar əsasında çalışdığını və həmin informasiyaların koronavirusun təbii mənşəli olduğunu göstərdiyini qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA