axin.az

SON DƏQİQƏ

Həbs edilən başçı müavininin səhhəti pisləşdi - Açıqlama

4-05-2020, 23:50

Həbs edilən başçı müavininin səhhəti pisləşdi - AçıqlamaHazırda həbsdə olan Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin birinci müavini Ramiz Tatarovun səhhətində problem yaranıb.

Axin.az-ın əldə etdiyi məlumata görə, Tatarov həkim müşahidəsi altındadır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bildirib ki, hazırda Tatarovun səhhəti stabildir:

“Ramiz Tatarov tibbi müşahidədir. Həyati təhlükə isə yoxdur”.

Qeyd edək ki, ötən il vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA