axin.az

SON DƏQİQƏ

Gürcüstan azərbaycanlılarına koronavirusla bağlı müraciət olundu

2-05-2020, 17:43

Gürcüstan azərbaycanlılarına koronavirusla bağlı müraciət olunduGürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze Kvemo Kartlidə (Borçalı) yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.

“Axin.az”in yerli bürosu xəbər verir ki, o, həmvətəndaşlarını koronavirus infeksiyasının ciddiliyi barədə xəbərdarlıq edib.

A.Qamkrelidze deyib ki, bölgədə çox sayda etnik azərbaycanlılar yaşayır: “Onlara iki dildə koronavirusla bağlı məlumat çatdırılmalıdır ki, bu xəstəlik nə soyuqdəymə, nə də allergiyadır. Bu, ciddi infeksiyadır və artıq dünya əhalisinin 7 faizi bu xəstəlikdən ölüb”.

Mərkəz rəhbəri azərbaycanlı sakinləri gündəlik olaraq hərarətlərini ölçməyə çağırıb: “Marneuli sakinlərindən xahiş edirəm ki, yüksək temperaturları olan halda, mütləq həkimə müraciət etsinlər”.

Baş infeksionist bölgənin Bolnisi, Marneuli və Tetritskaro rayonlarında epidemioloji vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA