axin.az

SON DƏQİQƏ

Əlcəzairdə prezidentlik uğrunda mübarizə aparanların sayı azaldı

3-11-2019, 14:21

Əlcəzairdə prezidentlik uğrunda mübarizə aparanların sayı azaldıƏlcəzairdə dekabrın 12-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün beş nəfərin namizədliyi qəbul olunub.

“Algeria Press Service” agentliyinin məlumatına əsasən, sənədlərini vermiş 23 namizəd arasında seçimi Müstəqil Milli seçki orqanı (MMSO) aparıb.

MMSO-nun təmsilçisi Məhəmməd Şərifinin sözlərinə görə, bütün beş namizəd qeydiyyatdan keçmək üçün labüd şərtləri yerinə yetirib.

Beləliklə, ölkənin növbəti prezidenti “Milli demokratik birlik” partiyasının müvəqqəti baş katibi Əzəddin Mihubi, sabiq turizm naziri Əbdülqədir Bənqrina, “Gələcəyin cəbhəsi” partiyasından namizəd Əbdüləziz Bəlaid və ya sabiq baş nazirlər Əbdülməcid Təbbun və Əli Benflis ola bilər.

Xatırladaq ki, ölkənin sabiq rəhbəri Əbdüləziz Buteflika vəzifəsindən aprel etiraz aksiyaları fonunda istefa vermişdi, lakin ictimai-siyasi böhran hələ də davam edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA