axin.az

SON DƏQİQƏ

“Xaricdəki müəyyən dairələrin planları var idi...” - İLGİNC

2-05-2020, 15:36

“Xaricdəki müəyyən dairələrin planları var idi...” - İLGİNCAprelin 13-dən etibarən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində mobil, ev telefonu və internet əlaqələri kəsilib. Partiyanın yaydığı bəyanata görə, AXCP sədrinə informasiya blokadası tətbiq olunur.

Bəyanatda qeyd olunur ki, Əli Kərimli və ailə üzvləri hətta evdən çıxıb ərzaq və lazım olan dava-dərmanı ala bilmirlər. Özünə və ailə üzvlərinə məxsus mobil şəbəkələr xidməti dayandırdığı üçün onlar xüsusi karantin rejimində yaşayış yerini icazəli şəkildə tərk etmək imkanından da məhrum olublar. Əli Kərimlinin evinə gəlib ona kömək etmək istəyən partiya üzvləri isə həbs olunurlar.

Partiya sədri “YouTube”da yayımlanan “Osmanqızı” kanalına müsahibə verəcəyi haqqında anons yerləşdirildikdən sonra informasiya blokadasına salınıb. Məsələyə reaksiya verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov hərdən özünün də eyni problemlə rastlaşdığını bildirib və Əli Kərimliyə telefon stansiyasına, mobil operatoruna müraciət etməyi tövsiyə edib.

“Azercell Telekom” isə Əli Kərimlinin internetinin bloklanması ilə bağlılığını təkzib edib. Provayder şirkətin müştəri məlumatlarının məxfiliyinə xüsusi diqqət yetirdiyini, “WhatsApp”, “Telegram”, sosial şəbəkələrinin və istifadəçi hesablarının idarə edilməsinin “Azercell Telekom” MMC-yə heç bir aidiyyətinin olmadığını bildirib.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, əvvəla, Əli Kərimlinin internet blokadasına alınması və onun siyasi təcridi barədə tərəfdarları spekulyasiya edirlər: “Hazırda Əli Kərimlinin biz müsahibələrini görürük, ondan alınan video müsahibələr yayımlanıb. Ona görə də hansısa blokada olduğu barədə əsaslar yoxdur. Blokada bu şəraitdə olmur. Hazırkı vəziyyətdən Əli Kərimlinin özü də məmnundur. Çünki istəyir ki, daha da diqqət mərkəzində olsun. Bundan əlavə, ola bilər ki, iqtidarla arasında dialoq məsələsindən sonra bu kimi vəziyyət yaranıb. Görünür ki, pandemiya dövründə iqtisadi və sosial vəziyyətin ağırlaşmasından Əli Kərimli istifadə etməyə cəhdlər etdi. Vətəndaşlara müraciətlər elədi və hakimiyyəti sərt tənqid edərək, xalqı hakimiyyətə etiraza çağırdı. Ola bilsin ki, Əli Kərimlinin hətta ən həssas bir zamanda-pandemiya dövründə belə, radikal mövqedə dayanması, etdiyi çağırışlar hakimiyyətdə ona qarşı qəzəbi artırıb. Lakin bu heç də o demək deyil ki, hakimiyyət ondan nəyinsə qisasını alır. Çünki ortada Əli Kərimlinin tamamilə blokadada olması vəziyyəti yoxdur”.

Politoloq onu da dedi ki, Əli Kərimlinin çıxışları emosional olmaqla yanaşı, sanki hər şeyin sonudur təəssüratı yaradır: “Hesab edirəm ki, xaricdən yayımlanan internet üzərindən kanallara verdiyi müsahibələr və tənqidlər görünür müəyyən plan üzrə gedirmiş. Bunun hər hansı bir nəticəsini hesablayırmış. Düşünürdülər ki, koronavirus dövründə hakimiyyətə zərbələr vurmaq, xalqı ayağa qaldırmaq mümkün olacaq. Xaricdəki müəyyən dairələrin belə bir planları var idi. Planın burada icrasını görünür, Əli Kərimli və tərəfdarları həyata keçirməli idi. Lakin iqtidarın çevik addımları bu planların qarşısını aldı.

Karantin dövründə sosial vəziyyətin çətinləşməsi təbiidir. Bunu rəhbər tutub hakimiyyətin üzərinə getmək siyasi mübarizə deyil. Hakimiyyətin Əli Kərimlidən narazılığında bu amil də rol oynaya bilər.

Daha bir faktor hakimiyyətin dialoq təklifinə Əli Kərimlinin mənfi cavab verməsidir. Əli Kərimli öz şərtləri ilə dialoqa getmək istəyir. Bu da hakimiyyəti ondan ciddi narazı salacaq amildir".
“Yeni Müsavat”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA