axin.az

SON DƏQİQƏ

Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar – ÖZƏL

30-04-2020, 19:30

Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar – ÖZƏLAzərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunacaq.

Axin.az-ın məlumatına görə, bu barədə Milli Məclisə təqdimat daxil olub.

Bakı Apelyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriləcəklər. Həmçinin Gəncə Apelyasiya Məhkəməsinin İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun, Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimləri təyin olunacağı gözlənilir.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA