axin.az

SON DƏQİQƏ

COVID-19-un Avropaya müsbət təsiri məlum oldu

30-04-2020, 18:26

COVID-19-un Avropaya müsbət təsiri məlum olduEnerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (CREA) yeni növ koronavirusun dünyada yayılması ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ətraf mühitin əhəmiyyətli dərəcədə təmizlənməsinə kömək etdiyini açıqlayıb.

“RİA Novosti” mərkəzin hesabatına əsasən xəbər verir ki, Avropada son bir ayda bu səbəbdən 11 minə yaxın insanın ölümünün qarşısı alınıb.

Qeyd edilir ki, koronavirusa qarşı görülən tədbirlər sayəsində kömür əsaslı elektrik enerjisi istehsalı 37%, neft məhsullarının istehlak səviyyəsi isə üçdə birə qədər azalıb. Bunun sayəsində havada azot dioksidinin konsentrasiyasında 40%, bərk maddələrin miqdarında isə 10% azalma müşahidə edilir.

Almaniya, İngiltərə, İtaliya, İspaniya, Polşa və Portuqaliyada havanın çirklənməsinin azalmasının insan sağlamlığına mənfi təsirlərinin qarşısı alınıb.

Bundan əlavə, Avropada uşaqlar arasında astma xəstəliyinə tutulanların sayı bir ayda altı min, astma səbəbiylə təcili yardım çağırışlarının sayı 1900 dəfə azalıb. Erkən doğuşların sayının 600-ə düşdüyü qeyd edilir. Tədqiqata görə, bu göstəricilər ekologiyanın yaxşılaşdırılması ilə əlaqədardır və gələcəkdə də bu dəyişikliklərin nəticələri müşahidə edilə bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA