Ermənistanda silahlı insident olub.
Bu barədə “Axin.az” “Shamshyan.com”a istinadən xəbər verir.
Məlumata görə, hadisə Qeqarkuniksk vilayətində baş verib. Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb.
Məlumata görə, hadisə zamanı öldürülənlərdən biri hərbi polisin müstəntiqidir.
Atışmanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.