axin.az

SON DƏQİQƏ

Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə kampaniyasına ianə etdi

31-03-2020, 12:33

Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə kampaniyasına ianə etdiTürkiyə COVID-19 pandemiyasından zərər çəkən ölkələrə yardım göstərir.

“Axin.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası ətrafında yaranan vəziyyətlə əlaqədar xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, yaxın günlərdə İtaliyaya və İspaniyaya lazımi tibbi materiallarla dolu təyyarələr göndəriləcək.

"Türkiyə nə qədər güclü olsa, dostlarına bir o qədər kömək edə bilər", - dövlət başçısı vurğulayıb.


Prezident həmçinin qeyd edib ki, Türkiyədə xəstəliyin yayılmasına qarşı ehtiyat tədbirləri mərhələlərlə qəbul edilir. Türkiyə virusla mübarizə aparan başqa ölkələrlə müqayisədə daha çox tibbi müəssisələrə malikdir.

O həmçinin əlavə edib ki, epidemiyaya qarşı mübarizə çərçivəsində ölkədə "Biz bize yeteriz Türkiye" adlı kampaniya başlayıb.

Rəcəb Tayyib Ərdoğan özünün yeddi aylıq maaşını xəstəliyin yayılmasına qarşı mübarizə kampaniyasına ianə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA