axin.az

SON DƏQİQƏ

Kral və kralıça karantinə alındı

26-03-2020, 17:50

Kral və kralıça karantinə alındıMalayziyanın kralı sultan II Abdullah Riyatuddin əl-Mustafa və kralıça Əzizə Aminə Maymun İskəndəriyə koronavirus testindən keçdikdən sonra karantinə alınıb.

“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Kral sarayının bürosu yayıb.

Bildirilib ki, kral sarayında işləyən 7 nəfərdə virus aşkar edildikdən sonra kral və kralıçada testdən keçirilib: “Onların testinin nəticəsi mənfi olsa da, bununla belə martın 25-dən kral və kralıça 14 gün karantində saxlanılacaq”.

Qeyd edək ki, pandemiyay başlayandan Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, onların 21 nəfər ölüb, 199-u isə sağalıb. Kütləvi yoluxma fevralın 27-dən martın 3-dək ölkə paytaxtı Kuala-Lumpurdakı məscidlərdən birində keçirilən mərasimdə baş verib. Həmin mərasimdə 16 min nəfər iştirak edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA