axin.az

SON DƏQİQƏ

Deputat Əhməd Əhmədzadədən nəyi xahiş etdi? - "...təşəkkür etmək ümidi ilə, gözləyək"

25-03-2020, 13:17

Deputat Əhməd Əhmədzadədən nəyi xahiş etdi? - "...təşəkkür etmək ümidi ilə, gözləyək"Biləsuvar sakinlərinə yaxşı məlumdur ki, rayonun bir sıra kəndlərində suvarma ilə yanaşı içməli su da ciddi problemdir. Nə qədər sanitar-gigiyenik normalara zidd olsa da, rayonun bir neçə kəndində insanlar kanal suyu içirlər (əlbəttə, bütün rayon yox, bir neçə kənd) Dünən gecə aldığım məlumata görə, rayonun Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd kəndlərini “içməli” su ilə təmin edən həmin kanallarda da su tamami ilə qurumaq üzrədir.

Axin.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Karantin rejiminin tətbiq olunduğu bir dövrdə su çatışmazlığı yolverilməzdir. Bu gün ilk iş kimi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadə ilə danışdım, o da problemin ən qısa zamanda həllinə söz verdi. Tez bir zamanda Əhməd müəllimə təşəkkür etmək ümidi ilə, gözləyək”-deyə, o, sözlərinə əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA