axin.az

SON DƏQİQƏ

Ağalar Vəliyevin işçiləri narazılıq edir - Müraciət...

25-03-2020, 12:36

Ağalar Vəliyevin işçiləri narazılıq edir - Müraciət...Axin.az: - "Biz Gəncə şəhərinin su və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin podratçısı olan «Azəraqrartikinti» ASC-nin işçi heyətiyik. Deputat Ağalar Vəliyevə məxsus olan bu şirkət koronavirusla mübarizə tədbirlərinin əksinə olaraq işçilərinin hüququnu pozur". Bu barədə Axin.az-a «Azəraqrartikinti» ASC Gəncə filialının işçiləri adından göndərilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Belə ki, Gəncədə şirkətin işçiləri qalan yataqxana və yeməkxana bağlanıb, nəticədə yüzlərlə işçilər harada gəldi gecələyir, harada gəldi yemək yeyirlər. Virusun tüğyan etdiyi dövrdə Ağalar Vəliyev işçiləri küçəyə töküb, yataqxanadan və yeməkxanadan məhrum edib. Nəticədə yüzlərlə fəhlə antisanitar şəraitdə işləyir, küçələrdə, maşınlarda yatır, yeməyi harada gəldi yeyirlər. Prezidentin yaratdığı virusla mübarizə fonduna pul köçürərək işçilərin qayğısına qaldığı barədə yalan danışan «Azəraqrartikinti» ASC rəhbərliyi niyə bu əməllərinə görə məsuliyyətə cəlb olunmur? Kim Ağalar Vəliyevə ixtiyar verib ki, işçilərin əmək hüquqlarını pozsun, dövlətə qarşı inamı sarsıtsın, təxribat törətsin? Aidiyyatı dövlət qurumları hara baxır? Milyonlarla dövlət vəsaitini xərcləyən Ağalar Vəliyev işçiləri niyə yataqxana və yeməkxanadan məhrum edib?"

Axin.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA