Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. Oxu24.com xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Qərar 2020-ci ilin sentyabrın 15-dən qüvvəyə minir.