Azərbaycan BMT Təhlükəsizlik Şurasına 1988-ci ilin fevralın 28-də baş verən Sumqayıt hadisələri ilə bağlı sənəd təqdim edib.
Axin.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sənəddə qeyd olunur ki, Sumqayıt hadisələri ilə bağlı aparılan təhqiqat ermənilərin təxribat törətdiyini sübut edir.
Bildirilir ki, erməni ekstremistlər Azərbaycanı nüfuzdan salmaq və anneksiya siyasətinin həyata keçirilməsi üçün Sumqayıt hadisələrini təşkil ediblər.