axin.az

SON DƏQİQƏ

Azərbaycanda ən gənc icra başçıları - SİYAHI

5-03-2020, 16:25

Azərbaycanda ən gənc icra başçıları - SİYAHIAzərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Neftçalaya və İsmayıllı rayonlarına yeni icra başçıları təyin olunub.

Axin.az-ın məlumatına görə, Prezident Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətininin başçısı təyin edib.

Digər sərəncamla Nahid Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı postuna gətirilib.

REKLAM

honda.az

Читать дальше
Son illər Azərbaycanda yerli və mərkəzi icra hakimiyyəti orqanlarında daha gənc kadrlar önə çəkilir.

Mirhəsən Seyidov özü Azərbaycanda ən gənc icra başçısıdır. O, 1989-cu ildə anadan olub.

Nahid Bağırov isə 1979-cu il təvəllüddür.

Yasamal rayonun icra başçısı Elşad Həsənov 1976-cı ilin sentyabrın 27-də anadan olub.

Yevlaxın icra başçısı Anar Tağıyevin 39 yaşı var.

Şamaxının icra başçısı Tahir Məmmədov 1977-ci ildə doğulub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev isə 1980-ci il 2 apreldə doğulub.

Naftalanın icra başçısı Vüqar Novruzov 1980-ci ildə anadan olub.

Şabranın icra başçısı Asif Hüseynov 1981-ci ildə doğulub.

Laçının icra başçısı Aqil Nəzərli də 1976-cı il təvəllüddür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA