Ermənistan koronavirus səbəbindən İrana müvəqqəti viza rejimi tətbiq edir.
VERELQ-in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus infeksiyasının yayılmasının qarşısını almağa həsr olunmuş idarələrarası komissiyanın iclasının nəticələrinə əsasən deyib.
Onun sözlərinə görə, Ermənistan İranla sərhəddə məhdudiyyətləri sərtləşdirmək və bunun müddətini uzatmaq niyyətindədir.
Qeyd edək ki, Ermənistan fevralın 24-də İranla quru sərhədini iki həftəlik bağlayıb.